15 İYUN - Milli qurtuluşumuz

1991-ci il oktyabr ayının 18-də öz dövlət müstəqilliyini bəyan etməsinə baxmayaraq, Azərbaycanın ərazisinin parçalanma təhlükəsi yaranmışdır.  Bir tərəfdən daxili separatçılıq meyilləri, digər tərəfdən isə belə bir fürsətdən məharətlə istifadə edən erməni sepataçıları fəallaşmağa başladılar. 1992-1993-cü illər Azərbaycanın başı üzərini yenidən dövlət müstəqilliyini itirmək təhlükəsi aldı. Belə bir vəziyyətdə xalqın ayağa qalxmasından, Heydər Əliyevi rəhbərliyə gətirəcəyindən ehtiyat edən hakim qüvvələr hər vəchlə bu prosesə mane olmağa çalışırdılar. Heydər Əliyev şəxsiyyəti saxtalaşdırılır, onun siyasi imici pərdələnirdi. Lakin xalq yaxşı başa düşürdü ki, onu bu təhlükədən xilas edə biləcək yeganə şəxs Heydər Əliyevdir. Belə bir vəziyyətdə, 1993-cü ilin iyun ayında Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. O, dərhal Azərbaycanın başı üzərini alan təhlükənin aradan qaldırılması və dövlət müstəqilliyimizin bir də əldən verilməməsi üçün bütün gücünü səfərbər etdi. 1993-cü il, iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Ali Məclisinin Sədri seçildi. Lakin daxili qüvvəllər, o cümlədən xarici müşahidəçilər, siyasətçilər də Heydər Əliyevin bu dönüşünün bir nəticə verməyəcəyi qənaətində idilər. Lakin çox keçmədən  bu fikirlərin yanlışlığı sübut olundu. İyun ayının 24-də Prezident Ə. Elçibəyin öz vəzifəsindən getməsi ilə, Prezident səlahiyyətlərini Heydər Əliyev həyata keçirməyə başladı. Heydər Əliyev oktyabrın 3-də prezident seçkiləri nəticəsində səs çoxluğu ilə öz rəqiblərini arxada qoydu.  Bununla da Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerlərindən birini tutması sahəsində yeni bir mərhələ başladı. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı.

Heydər Əliyev bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ümummilli lider bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.

Nailə Məmmədova
“Azerbaijan Realities”
 

2014-06-17 / 00:00
Facebook