Daim yeniləşən partiya

Siyasi partiyaların siyasi sistemdə tutduğu yer və oynadığı rol baxımından Yeni Azərbaycan Partiyası xüsusilə fərqlənir. YAP müasir dövrdə özünə çox geniş sosial baza yığaraq dinamik inkişaf edir. Partiya vaxtaşırı olaraq yaranmış yeni situasiyaları xarakterizə edir və bu vəziyyətə uyğun olaraq  qarşısında duran vəzifələri dəqiqləşdirir. Yeni Azərbaycan Partiyasının fərqləndirici cəhətlərindən biri odur ki, hər zaman strategiya və taktika daim partiyanın diqqət mərkəzində olur. Bu da partiyanın dinamik inkişafına imkan verir.

Milli təhlükəsizlik və milli maraqların qorunması, Dağlıq Qarabağ üzərində Konstitusiya səlahiyyətlərinin bərpa edilməsi, ordunun gücləndirilməsi, ölkənin müdafiə potensialının inkişafı, xarici siyasət və beynəlxalq əlaqələr sahəsində fəaliyyət YAP-ın əsas fəaliyyət istiqamətlərini təşkil edir.

YAP-ın proqramında partiyanın daxili siyasət strategiyası da müəyyən edilmişdir:

1)   Siyasi sisteminin inkişaf etdirilməsi. Bu strategiyanın əsasını Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların, hüquqi normaların qorunması, cəmiyyətin sosial-siyasi sisteminin dinamik inkişafının təmin edilməsi, müstəqil dövlətçilik ideyalarının, qanunçuluğun, siyasi plüralizm və demokratik dəyərlərin hərtərəfli müdafiəsi, dövlətin və ictimai həyatın idarə olunmasının səmərəli mexanizminin və demokratik siyasi mədəniyyətin formalaşması təşkil edir.

  2)  İqtisadi siyasət. Burada partiya ondan çıxış edir ki,  iqtisadiyyat hər bir dövlətin mövcudluğunun əsasıdır.

3)   Sosial siyasət.

4)  Sosial-mədəni və mənəvi inkişaf.

Məhz bu istiqamətlər üzrə YAP öz fəaliyyətini qurmaqla hər bir partiyanın demokratik cəmiyyətdə malik olduğu funksiyaları yerinə yetirir, siyasi sistemdə öz rolunu müəyyən edir, siyasi prosesin subyekti olmaqla qanun çərçivəsində onun digər subyektləri ilə – dövlət orqanları, digər partiyalar, ictimai birliklər və beynəlxalq təşkilatlarla öz münasibətlərini qurur.
                                                                                                    
Ləman Xəlilova
"Azerbaijan Realities"qrupunun fəalı
 

2014-03-17 / 00:00
Facebook