Təhsil millətin gələcəyi, parlaq inkişafın qarantıdır. Xüsusilə elm və texnika əsri kimi xarakterizə olunan XXI əsr təhsilin inkişafını zəruriləşdirmişdi. Dövlətçiliyin müasir dövrlə vəhdətdə inkişafı, təhlükəsiz və sabit yaşayışının təmini, eyni zamanda perspektivliyinin mümkünlüyü təhsil siyasətində ehtiva olunur. Bu gün dinamik inkişaf edən, beynəlxalq aləmin etibarlı bir üzvünə çevrilən Azərbaycan üçün də təhsil problemi - mahiyyəti və xüsusiyyətləri olduqca aktualdır. Uzun müddət SSRİ tərkibində ümumi prinsipial təhsil prinsiplərinə adaptasiya olunmuş Azərbaycanın müstəqillik qazanması ilə yeni strateji konsepsiyaya keçməsinin çoxşaxəli və uzunmüddətli olması qəbulolunmalıdır. Çünki düzgün təhsil siyasətinin reallaşması ilk öncə cəmiyyətin qəbuletmə səviyyəsindən, yeni ictimai-siyasi abu-havaya adaptasiya olunmasından asılıdır. Təbbi ki, təhsil strategiyası “elmi şüur”un formalaşmasını vacib edir. Düzgün, lazımi ictimai şərait yaradılmadan perspektiv təhsilin həyata keçirilməsindən söhbət gedə bilməz. Situasiyaya uyğun şəkildə planlı və məqsədyönlü olaraq qəbul olunmuş “Təhsil strategiyası” məhz Respublikamızda bu sahədə mövcud ideoloji və sosial vakuumu doldurmaq məqsədilə hazırlanmışdır. Modern Azərbaycan neft amilinin sıxışdırılmasına, insan kapitlaının çevik inkişafına əsaslanan strateji konsepsiya reallaşdırır. Təbii ki, bu amil məhz tarixiliklə müasirliyin vəhdətinə, dövlətçilik ənənələrinin gələcək nəsillərə obyektiv şəkildə ötürülməsinə dayanan təhsilə dayanır. Azərbaycanda təhsilin yenilikçi, çevik və elmi inkişafının mümkünləşməsi yalnız bu amillə mümkündür. Bu baxımdan Ümummilli liderimiz tərəfindən ifadə olunmuş “təhsil millətin gələcəyidir” deyimi quru şüarçılıq olmayıb, elmi bazisə söykənən praqmatik siyasətinin nəticəviliyinin göstəricisi olmuşdur. Təhsil strategiyasının uğurlu tətbiqi vətəndaş məsuliyyətini də artırır. Bu gün hər bir təhsil alan vətəndaş təhsilinin uğurları, alacağı biliyin persppektivliyi, dövlət üçün əhəmiyyəti haqqında düşünməlidir. Unutmaq olmaz ki, düzgün təhsil siyasətinin bərqərar olması yalnız dövlətin istəyi və iradəsi ilə həyata keçirilə bilməz. Bu, dövlət-vətəndaş birliyini, həmrəyliyini və əmkdaşlığını zəruri edən bir prosesdir.