Xalqın qələbəsi!

9 oktyabrda keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının vətəndaşları öz iradələrini ortaya qoydu və inandıqları namizədə, öz əməlləri ilə “Xalqının övladı” adını qazanmış İlham Əliyevi  növbəti beş ildə Azərbaycan Respublikasının prezidenti seçdi. Ölkənin son on ildə keçdiyi yol və əldə olunan uğurlar prezident İlham Əliyevin istər daxili siyasətdə istərsə də xarici siyasətdə həyata keçirdiyi səriştəli addımların məntiqi nəticəsi idi. Xalq öz dəyərli prezidentinə inamını ortaya qoymaqla Azərbaycanın inkişafına və yeni uğurlara səs vermiş oldu. Şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlara qısqanclıqla yanaşan qüvvələr yetərincədir. Azərbaycanın inkişafını dayandırmaq, digər dövlətlərdən asılı hala salaraq azad Azərbaycan vətəndaşını kimlərəsə tabe etməyi özlərinə məqsəd qoymuş qüvvələr xalqın öz prezidentinə olan inamını sarsıtmaq üçün müxtəlif yollara əl atdılar. Xalq müdrikdir, xalqın gözü tərəzidir və xalq hər zaman yaxşını pisdən ayırmağı bacarır. Məhz xalqın inamı və sevgisi İlham Əliyevin  prezident seçkilərində qələbəsində mühüm rol oynamış oldu!

Əslində bu seçimlə xalq öz sevimli prezidentinin üzərinə daha böyük məsuliyyət qoymuş oldu. Qazanılmış uğurlar və əldə olunmuş nəaliyyətlər daha da genişləndiriləcək və hər bir Azərbaycan Respublikasının vətəndaşının qarşısında yeni imkanlar açılacaq, Azərbaycanın yarası olan Qarabağ problemi öz həllini tapacaqdır! Xalqın bu istəyi və tələbi Prezident İlham Əliyevin çıxışında öz əksini tapmış oldu. Xalqın seçimi əslində xalqın qələbəsi kimi qiymətləndirilməlidir. Səbəb isə sadədir, xalq hər zaman öz yanında olan xalqının inkişafını və rifahını düşünən vətənpərvər bir şəxsi prezident seçməklə öz uğurlu gələcəyini təmin etmiş oldu.

Qələbən mübarək, ey Azərbaycan xalqı!

2013-10-31 / 00:00
Facebook