Lider və Azərbaycan

Müasir dünya düzənində özünəməxsus yer tutan, artıq regional lider kimi xarakterizə olunan Azərbaycan Respublikasının əldə etdiyi bu uğurların əsas səbəbinin düzgün nəticələrə əsaslanan qərarlar qəbul etmək iqtidarına malik liderin fəaliyyətinin nəticəsidir. Dövləti və xalqı güclü edən təkcə dövlət qurmaq bacarığı deyil, eyni zamanda onu yaşatmaq iqtidarında olan, milli birliyi təmin edən və dünya xəritəsində dövlətinin yerini və mövqeyini qoruyan liderlərdir. Yeni siyasi problemlər yeni tipli yanaşmalar, hadisələrə yeni formada nüfuz etməyi bacaran liderlər tələb edir. Bu da liderlərdən siyasi yaradıcılıq, novatorluq, praktiklik, uzaqgörənlik bacarığı kimi keyfiyyətlər tələb edir. Buna malik olmayan siyasi rəhbərlər milli və qlobal miqyasda sabitliyin deyil, gərginliyin yaranmasının səbəbkarına çevrilir, bəşəriyyəti bəlli olmayan təhlükələrə düçar edirlər.Liderlik fəlsəfəsinin əsasını belə bir tezis təşkil etməlidir: “Real siyasət konkret fəaliyyət”.

Yeni tarixə qovuşan Azərbaycan və müstəqilliyinin ilk 20 illik mərhələsi, bu tarixi yaradan çoxsaylı amilləri, xüsusilə “milli quruculuq və siyasi lider” faktorunun təhlili zamanı aydın  olur ki, milli quruculuq birbaşa müstəqillik haqda bəyannamədən “öz-özünə” yaranan, fərmanla verilən status deyildir. Siyasi lider - xalq vəhdətinin, milli təşəbbüsün, mürəkkəb və fədakar milli quruculuq prosesinin nəticəsidir. Ötən dövrün yekunlarınının təhlilinə əsasən xalqa layiqli xidmət prinsipinin Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətin ana xəttinə çevrildiyini əmiliklə söyləmək olar. Dövlət başçısı respublikada sürətli sosial-iqtisadi inkişaf və tərəqqiyə, siyasi sabitliyə, vətəndaş sülhünə ciddi təminat yaratmış strateji siyasi kursu uğurla davam etdirmişdir. Bütün məqamlarda insan amilinə diqqəti önə çəkən Prezident İlham Əliyevin islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə yuxarıda qeyd etdiyim liderlik fəaliyyətində varislik prinsipinə yüksək sadiqliyinin bariz nümunəsidir.

Sadalanan amillər Azərbaycan gerçəkliyində təhlili baxımından liderlik keyfiyyətlərinin  Prezident İlham Əliyevin simasında gerçəkləşməsinin bariz nümunəsidir. Bu fərqləndirici xüsusiyyətlər İlham Əliyev liderliyinin davamlılığına qarant verir. Təsadüfi deyildir ki, liderlik fəlsəfəsinin əsasında konkret fəaliyyət sərgiləyən dövlət başçısı xalq etimadını doğrultmuşdur. Bu isə məntiqi olaraq Prezidentin sosial baxışda qəbul olunan alternativsiklik və yenilməzliyinə əsas vermişdir.
 

2013-10-01 / 00:00
Facebook