Son dövrlərdə Ermənistanda cərəyan edən hadisələr ölkənin nə dərəcədə geri addımlamasını bariz şəkildə sübut etmiş oldu. Erməni hakimiyyətinin Avropayla Rusiya arasında seçim etmək deyil, hər iki istiqamətdə fəaliyyət göstərmək istəyi elə onların gözündə qalmış oldu. Qərb istiqamətində meyl etmə cəhdləri Ermənistana yerinin göstərilməsi ilə nəticələnmiş oldu.
Hələ ilin başlanğıcında Ermənistanda prezident seçkilərinə gedən bəzi namizədlərin Ermənistanın inkişafını Qarabağ probleminin həllində görməsi və bu problemin həll olunmasının Ermənistan üçün həyati məsələ olduğunu qeyd edən namizədlərin müxtəlif vasitələrlə, hətta sui-qəsdlə belə seçkilərdən uzaqlaşdırılması müasir Ermənistan hakimiyyətinin tək qonşu ölkələrə deyil eyni zamanda öz xalqına qarşı nə dərəcədə loyal olmasının bariz sübutudur.
Ermənistan hakimiyyətinin qərbə olan meyllərini tam aradan qaldırmaqdan ötrü Ermənistan Gömrük İttifaqına daxil edildi və bununla da erməni müxalifətçilərinin də etiraf etdikləri kimi Ermənistanın rəsmi müstəqilliyi əldən alınmış oldu. Ermənistan müxalifətinin də qeyd etdiyi kimi ölkədə hər gün daha da ağırlaşan vəziyyətin fonunda Ermənistanın hələ də işğal siyasətini yeritməsi və qonşu dövlətlərlə münasibətlərinin gərgin saxlaması dövləti uçuruma gətirmiş oldu. Dövləti bu vəziyyətdən çıxarmaq üçün ilk növbədə Qarabağ probleminin həll olunması başlıca məsələlərdəndir.
Azərbaycanlı Rəsmilərin də qeyd etdiyi kimi Ermənistanın indiki kritik durumunun əsas səbəbkarlarından biri məhz Azərbaycan Respublikasıdır. Regionda olan bütün vacib layihələrdən təcrid olunması Ermənistanın inkişafını xeyli dala salmış və ölkənin iqtisadiyyatının tənəzzülə uğramasına səbəb olmuşdur.
Bugün Ermənistanın onunla həmsərhəd olmayan heç bir dövlətlərlə Gömrük İttifaqına qoşulması Ermənistan müxalifəti tərəfindən dövlətin tənəzzülü kimi qiymətləndirilmişdir. Artıq Ermənistanı dövlət kimi deyil, Rusiyanın bir vilayəti kimi də xarakterizə edənlər tapılmaqdadır. Moskva merinin seçilməsi ilə əlaqədar olaraq Ermənistan prezidentinin onu şəxsən təbrik etməsi bu fikirlərin əsassız olmamasını bir daha sübut etmiş olur.