Şərqlə Qərb arasında keçid rolunu oynayan, Şərqin və Qərbin mədəni yeniliklərini və zənginliklərini milli mədəniyyətə ehtiva edən Azərbaycan dünyanın ən qədim mədəni fundamentlərindən biri hesab olunur. Azərbaycanın ərarəngiz mədəni irsi dünya mədəniyyətinin valehedici bir parçasıdır. XXI əsrdə mədəniyyətlərarası dialoq mərkəzinə çevrilən, mədəni tədbir və forumlara ev sahibliyi etməklə bu imici doğruldan Azərbaycan əsrlərdən bəri qoruyub saxladığı mədəni irsini dünya birliyinə tanıtdırmaq istiqamətində aktivlik nümayiş etdirir. Azərbaycan ədiblərinin, dühalarının qələmindən çıxmış mədəniyyət nümunələrinin təbliği, tanınması istiqamətində həyata keçirilən fəaliyyət göz qabağındadır. Azərbaycanın mədəni irs siyahısına daxil olan göstəricilərin qlobal nümayişi getdikcə artmaqdadır. Bu işdə Heydər Əliyev Fondunun yorulmaz fəaliyyəti xüsusilə vurğulanmalıdır.
Sentyabrın 8-də dünya kinosunun paytaxtı Los-Ancelesin səhnəsində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasının premyerası olmuşdur. “Arşın mal alan” operettasının ilk dəfə ABŞ-da səhnələşdirilməsi Azərbaycanın əsrarəngiz mədəniyyətinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin bu Amerikanın mədəni həyatında da əlamətdar hadisə kimi səslənmiş, qədim və zəngin mədəniyyət beşiklərindən biri olan Azərbaycanın mədəni töhfələri ilə tanış olmaq imkanını yaratmışdır. Bu uğurun əldə olunmasında, Azərbaycan mədəni incilərinin dünyaya çatdırlmasında, beynəlxalq ictimaiyyətin nümayişinə çatdırılmasında Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyəti danılmazdır. Belə ki, operettanın ABŞ səhnəsində nümayişi bilavasitə Heydər Əliyev Fondunun, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə səyləri sayəsində mümkün olmuşdur. Böyük rezonans doğurmuş operetta ABŞ KİV-də də geniş şəkildə işıqlandırılmış, tamaşaçıların qəlbini fəth etməyi bacarmış, ABŞ mədəniyyəti tarixində silinməz iz buraxmışdır. Dahi Üzeyir Hacıbəyov məntiqindən ərsəyə gəlmiş möhtəşəm musiqi, Azərbaycan tarixinin, məişətinin, xalqın adət-ənənələrinin zənginliyini təcəssüm etdirən qeyri-adi geyimlər, maraq yaradan əhvalat Azərbaycan haqqında daha dolğun, real məlumatların əldə olunması imkanı yaratdı. Operrata ilə tanış olan hər bir kəs Azərbaycan, onun tarixi ilə tanış olmaq fürsəti əldə etdilər.
Sensassion operetta, dayanmayan alqışlar, tamaşaçı kütləsi bir daha sübut etdi ki, Azərbaycan xalqı haqlı olaraq öz mədəniyyəti, incəsənəti ilə fəxr edir. Biz tarixin dərin qatlarından süzülüb gəlmiş, öz varlığını qoruyub saxlamağa müvəffəq olmuş mədəni irsimizi daim mühafizə etməli, dünya birliyinə nümayiş etdirməliyik. Azərbaycanın tək mədəni irsi, mədəni tarixi də onun qədimliyini, zənginliyini, əsrarəngliliyini sübut etmək imkanı yaradır.