Son dövrlərdə Azərbaycan adına baş verən əksər tədbirlərdə gənclərin rolu danılmazdır. Gənclər cəmiyyətimizin hərəkətverici qüvvəsi olmaqla yanaşı Azərbaycanımızın inkişafı və tanıdılması yönündə əllərindən gələni əsirgəmirlər. Aktiv vətənpərvər Azərbaycan gəncliyinin yetişdirilməsi cəmiyyətimizin qarşısında duran əsas məsələlərdən biri bəlkə də ən başlıcasıdır. Vətənpərvər gənclərimizin Azərbaycan adına gördüyü işlər, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyətinin məntiqi nəticəsi olaraq Azərbaycan həqiqətləri artıq dünyanın müxtəlif ölkələri gəncləri tərəfindən səsləndirilməkdədir. Bu işdə sözsüz ki, gənclərimizin rolu danılmaz olduğu qədər də gənclərimizə dəstək verən və hər zaman gənclərimizin arxasında duraraq onları davamlı inkişafa səsləyən dövlətimizin rolu da qeyd olunmalıdır.
Şübhəsiz ki, dövlətimizin gənclərimizə dəstəyi onların hər zaman irəli getməsinə və Azərbaycanın reallıqlarının dünya ictimaiyyətinə çatdırılması işlərində səmərəli fəaliyyətini, qarşılıqlı olaraq Dövlət və gənclərin uğurlu münasibətlərinin yaranmasına səbəb olmuşdur. Dövlətin gənclərə göstərdiyi qayğı nəticəsində artıq Azərbaycan gəncləri dünya intelektual gəncləri sırasındadırlar. Gənclər üçün istər ölkə daxilində istərsə də, ölkə xaricində yaradılan imkanlar nəticəsində Azərbaycan gəncləri daha da inkişafa nail olmuşlar. Bugün Azərbaycnda gənclərin inkişaf etmələri üçün tam olaraq münbit mühit yaradılmışdır. Gənclərin bu mühitdə uğurlu inkişafı isə ilk olaraq onların istəyindən asılıdır. Dövlət öz gənclərini dəstəkləyir və onların irəlidə olması üçün lazımı addımlar atmaqdadır.