İnformasiya əsri kimi xarakterizə olunan XXI əsr yeni texnologiyaların tətbiqi, istifadəsi və mübadiləsi ilə yadda qalacaqdır. Müasir dövrdə informasiya-kommunikasiya vasitələri insan həyatının ayrılmaz bir parçasına çevrilmişdir. İnternet, bir çox alimlərin fikrincə, həm vətəndaşların tələblərinə xidmət sürətində, həm də həyata keçirilən tranzaksiyaların qiymətində dövlət maşınının effektivliyini radikal şəkildə artırmağa icazə verir. Bu artımın təməlini isə dövlət haqqında cəmiyyətin əsas tələbatını effektiv şəkildə təmin etməyə xidmət göstərən təsisat kimi təsəvvürün formalaşması təşkil edir. Təsadüfi deyildir ki, dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində elektron-hökumət məfhumu öz təsdiqini tapmış və real həyatda gözlənilən nəticələri doğrultmuşdur.
Son illər Azərbaycan Respublikasında informasiya kommunikasiya texnologiyalarının inkişafı, mövcud potensialdan maksimum şəkildə istifadə olunması və Respublikanın informasion potensialının beynəlxalq aləmdə tanınması, eyni zamanda dünyanın inkişaf etmiş dövlətlərinin təcrübəsinə müraciət etməklə Azərbaycan reallıqları ilə uzlaşmış ardıcıl, məqsədyönlü, satrateji “elektron inkişaf xətti” götürülmüşdür. Bu öhdəliklər isə informasiya-kommunikasiya texnologiyaları sahəsində dövlət siyasətini həyata keçirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təcəssüm olunmuşdur. Yeni texnologiyaların tətbiqi və inkişafı çərçivəsində qəbul edilən çoxsaylı hüquqi-normativ aktlar məhz ölkənin elektron imkanlarından səmərəli şəkildə yararlanması məqsədini daşıyır.
Azərbaycan MDB məkanında "elektron hökumət" layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmış “E-hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə Azərbaycan üçün nisbətən yeni və fərqli formatlı bir layihə olsa da cəmiyyətin uyğunlaşması vəreallaşması baxımından uğurlu layihədir.
ektron-hökümətin fəaliyyət prioritetlərini bir-biri ilə qarşılıqlı əlaqədə olan, düzmütənasib asılılığı tələb edən, informasiyadan düzgün istifadə etmə mümkünlüyünü ehtiva edən “e-demokratik özək” şəklində xarakterizə etmək mümkündür: “ qanunverici zərurət milli maraqlar informasion obyektivizm”.
20 illik tarixi əhatə edən qısa dövri təcrübəsinə baxmayaraq artıq İKT sahəsində nüfuz sahibi olan ölkələr sırasında seçilən, milli peykə malik azsaylı dövlətlər içərisində vurğulanan Azərbaycan Respublikası üçün “E-hökumət” layihəsi perspektiv gələcəyin qarantı rolunda çıxış edir. Elektron-hökumətin səmərəli təşkili, mahiyyət və məzmununun açıqlığı və aydınlığı, vətəndaşların elektron rejimə adaptasiyası və dövlətin ayrılmaz bir qoluna çevrilməsi elektron-demokratiyanın mövcudluğuna gətirib çıxaracaqdır. Belə bir şəraitdə elektron-hökumətin gələcəyə doğru istiqamətlənən praqmatik tətbiqi üçün vacib hesab etdiyim aşağıdakı amilləri sadalamaq olar:
“E-hökumət”in gözləntilərinin reallaşması, zəruri nəticələrin əldə olunması yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyətinə daxil olmamalıdır. “E-hökumət” quruculuğu altında bütün dövlət strukturlarının vahid, rasional aktivliyi ehtiva olunur. Çünki elektron hökumət bütün ölkə vətəndaşlarının rifahını nəzərdə tutur. Bu amil isə dövlət qurumlarının birgə fəaliyyət mübadiləsi həyata keçirməsini zəruri edir;
Xarici dövlətlərinin təcrübəsinə müraciət etməklə “e-hökumət” sisteminin mənimsənilməsi dövlət mənafeyi çərçivəsində reallaşmalı, “milli elektron-hökumət modeli” formalaşmalıdır;
“E-hökumət” modelinin formalaşması vətəndaş-dövlət əlaqələrinin maksimum təmasını zəruri edir. İctimai şüurda dövlətə qanunlar verən, qanunların icrasına nəzarət edən üst qurum kimi baxılması stereotipinin sındırılması, qarşılıqlı mübadilə çərçivəsində vətəndaş rifahının təmininə çalışan qurum kimi yanaşılması təəssüratı formalaşmalıdır.
“Elektron-hökumət” quruculuğunun qısa müddət üçün əldə olunan uğurlu nəticələri layihənin perspektiv gələcəyinə zəmin yaradır. Sonda, “E-hökumət”in gələcəyə istiqamətlənmiş rasional, praqmatik və məqsədyönlü struktur keyfiyyətlərindən irəli gələn üstünlükləri ümumi şəkildə aşağıdakı düsturla xarakterizə etmək olar:
Elektron-hökumət = elektron xidmət+ milli rifah+ operativ idarəetmə +aktiv iştirak.