Yeni uğurlar naminə

Ötən 10 il Azərbaycan Ulu öndərin dövlətçilik konsepsiyasının prinsipləri üzərində inkişaf edərək, regionun liderinə, dövlətlərin əməkdaşlığa can atdığı dövlətə, ümumiyyətlə, dünyəvi əhəmiyyət və diqqət kəsb edən dövlətlərdən birinə çevrildi. Bu mövqenin reallaşmasının təməlini isə Ulu öndər Heydər Əliyev əsaslandımışdır. Artıq 10 ildir ki, dövlət onun rəhbərliyində olmadan idarə olunur. Ancaq yenə də bu fenomanal şəxsiyyət unudulmur. Çünki Azərbaycanın inkişafının, irəliləyişinin hər addımında Heydər Əliyev dəsti-xətti görünür. Bu münasibət boş yerə yaranmamışdır. Çünki bu gün Azərbaycanı Heydər Əliyev idarəçilik məktəbinin ən görkəmli nümayəndəsi, intellektual biliyə, bacarığa malik bir şəxs idarə edir. Ulu öndərin tövsiyə etdiyi, gələcəyinə böyük ümidlər bəslədiyi, dövləti idarə etmək məharətinə güvəndiyi şəxsin ötən 10 ilin istər siyasi, istərsə də iqtisadi, mədəni, sosial statistik göstəricilərinə baxsaq bu inamın əsassız olmadığının sübutunu tapacağıq. 

Dövlətimiz artıq regional güc kimi xarakterizə olunur. Regionda strateji əhəmiyyətli heç bir layihə, addım Azərbaycansız atılmır. Regional lider kimi xarakterizə olunan respublikamızda demokratik cəmiyyət, vətəndaş cəmiyyəti qurulması istiqamətində əməli tədbirlər atılmışdır.

Cənubi Qafqaz xüsusi regiondur, burada dünyanın bir çox güclü dövlətlərinin maraqları toqquşur və tarazlaşdırılmış müstəqil siyasət yeritmək heç də asan iş deyildir. Lakin Azərbaycan Prezidenti 10 il ərzində yerinə yetirdiyi balanslaşdırılmış stretegiya sübut etdi ki, dövlətimiz “maraq rəqabəti”nin tarazlığını qorumağa qadirdir. Azərbaycan kiçik dövlət olduğu üçün beynəlxalq müstəvidə münasibətlərini elə reallaşdırmalıdır ki, həm iqtisadi fayda əldə etsin, həm də böyük siyasətdə uduzmasın. Bu isə liderdən güclü, məntiqli və praqmatik təfəkkür tələb edir. Ulu öndər Heydər Əliyevin malik olduğu bu keyfiyyətlər bu gün dövlət başçısı İlham Əliyevin şəxsiyyətində də öz əksini tapmışdır. Cənab Prezidentin “İlin adamı” elan edilməsi dövlətçiliyimizin inkişafına, dünya siyasətində oynadığı rolun düzgünlüyünə verilən qiymət idi.

Bu uğurları çox sadalamaq olar. Məqsəd isə obyektiv nəticələrə əsasən düzgün qərar vermək, dövlətin daha parlaq və stabil inkişafının təmininə töhfə verməkdir. Ulu öndərin davamçısı Cənab Prezident artıq öz əməli fəaliyyəti ilə Ulu öndərə layiq bir şəxsiyyət olduğunu, Ulu öndərin ümid bəslədiyi kimi bir lider olduğunu təsdiq etmişdir. Daim xalqın içərisində olan, xalqın problemləri ilə yaxından tanış olan Cənab Prezident xalq etimadının zirvəsinə yüksəlmişdir. Prezident daim ifadə edir ki, mənim işimin əsas mahiyyəti Azərbaycan xalqı, xalqın rifahının təmin olunmasıdır. Bunun nəticəsidir ki, Prezident millətsevər imici ilə nəinki ölkə daxilində, həmçinin beynəlxalq hüdudda da tanınır və dəstəklənir. Xarici dövlətlərin reytinq agentlikləri tərəfindən xalq arasında aparılan rəy sorğuları daim İlham Əliyevə xalq etimadının yüksəkliyini, inamını sübut edir. Nə qədər ki, Azərbaycanda Ulu öndərin əsasını qoyduğu siyasət həyata keçirilir, o qədər də Azərbaycanımızın çiçəklənməsinin, irəliləyişinin, qlobal arenada layiqli yer tutmasının şahidi olacağıq.
 

2013-09-02 / 00:00
Facebook