Xeyirxahlıq simvolu

Tarixən ictimai həyatda daim fəal iştirak edən, daim xalqın taleyinə biganə qalmayan  Azərbaycan qadını obrazı Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın simasında öz əksini tapmışdır. O, cəmiyyətin həyatında yüksək nüfuz sahibi olmağı bacaran, mühüm əhəmiyyət kəsb edən məsələlərə dair qətiyyətli mövqe tutan xanımdır.

Yeni istedadlıları üzə çıxarmaq, təhsilə qayğı kimi missiyaları yerinə yetirən birinci xanım Mehriban Əliyeva 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etməyə başlamış, 2005-ci ildə isə parlamentə üzv seçilmişdir. Mehriban Əliyeva ölkəsinin mədəniyyətini dünyada tanıtmağı qərara almış və bu məqsədlə 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunu təsis etmişdir. Fond Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmağa yönəlmiş fəaliyyəti ilə qısa bir müddət ərzində nüfuz qazanmış və təqdir olunmuşdur.

Heydər Əliyev Fondunun dünya mədəniyyətinə və Azərbaycanın milli-mədəni irsinin dirçəlməsinə, habelə muğamın Azərbaycanda inkişafına yönəlmiş fəaliyyətini xüsusi vurğulanmalıdır. Məhz Mehriban Əliyevanın xüsusi təbliğatı, dünyəvi arenada muğamı nümayiş etdirməsi nəticəsində muğamımızın canlanması müşahidə olunmuş, YUNESKO-nun irsi siyahısına daxil edilmişdir. Hər il Mehriban xanımın təşəbbüsü ilə Fond tərəfindən reallaşan Beynəlxalq Muğam Müsabiqəsi muğama verilən əvəzsiz qiymətin göstəricisidir. Müsabiqə çərçivəsində Azərbaycana gəlmiş, izləyən hər bir xarici vətəndaş Azərbaycanın zəngin, şaxəli, ruh oxşayan muğamı ilə tanış olmaq imkanını qazanır. Məhz onun sayəsində Azərbaycanın ədəbiyyatı və musiqi ənənələri beynəlxalq aləmdə tanınmışdır. Xüsusilə də Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatın verilməsi, Qarabağla bağlı həqiqətləri əks etdirən nəşrlər, “Xocalı soyqırımı”nın tanıdılması və təbliği çərçivəsində həyata keçirilən fəaliyyət Fondun aparıcı qolunu təşkil edir.  Həmçinin Mehriban Əliyeva  Azərbaycan Gimnastika Federasiyasının prezidenti  kimi də Azərbaycan idmanının inkişafı istiqamətində əhəmiyyətli rol oynamış, özünü bacarıqlı təşkilatçı kimi göstərmişdir.

Heydər Əliyev Fondunun təhsil, səhiyyə və elm sahələrinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm layihələr hər bir ölkə vətəndaşı üçün fəxrdir.  Məhz bu xidmətlərinə görə fondun prezidenti Mehriban Əliyeva 2004-cü il avqustun 13-də UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Azərbaycanın birinci xanımı müxtəlif ölkələrə rəsmi səfərlər etməklə və Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər keçirməklə ölkəsini dünyada layiqincə tanıtmağa müvəffəq olub.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəinki ölkə çərçivəsində, həmçinin beynəlxalq arenada reallaşdırdığı bir sıra layihələrlə diqqət mərkəzində olmağı bacamışdır. Versalda iki abidənin, Strasburqda XV əsrə aid katedrakın beş vitrinin bərpasına yardım edildiyi, Luvr muzeyində İslam İncəsənət Departamentinin yaradılmasında Fondun yaxından iştirakı xüsusi vurğulanmalıdır. Pakistanda zəlzələ nəticəsində dağılmış məktəb binasının yenidən qurulmasına, Haitidə bir neçə mədəni abidənin bərpasına, Fransa Terror Qurbanları Assosiasiyasına yardım göstərilməsi xoşməramlı fəaliyyətin yalnız bir hissəsidir.

Heydər Əliyev Fondu tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yüzlərlə məktəb binasının təmir olunması, müasir tipli məktəb binalarının tikilməsindən və lazımi avadanlıqlarla təchiz edilməsi Mehriban Əliyevanın ölkəsində təhsilin inkişafına göstərdiyi əvəzolunmaz diqqətin göstəricisidir. Azərbaycanın birinci xanımı xeyli sayda beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı olmaqla qarşılıqlı anlaşmaya, dinc yanaşı yaşamaya və müxtəlif konfessiyalar arasında dialoqa cəhd göstərmişdir.

1995-ci ildən “Azərbaycan Mədəniyyətinin Dostları” və 2004-cü ildən etibarən Heydər Əliyev Fondunun prezidenti kimi xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Mehriban xanımın uşaqlara və ahıllara göstərdiyi xüsusi qayğı, onlar üçün tikdirdiyi və təmir etdirdiyi çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri və uşaq evlərindən söz açıb, talasemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğı yalnız ölkə sərhədləri daxilində deyil, həmçinin beynəlxalq səviyyədə daim izlənilir və qiymətləndirilir. Mehriban Əliyevanın bir çox beynəlxalq mükafat və ordenlərlə təltif olunması  messenant fəaliyyətə beynəlxalq müstəvidə verilən qiymətdir.
 

2013-09-02 / 00:00
Facebook