Moldovalı Ombudsman Aurelia Qriqoriunun İrəvanda erməniləri ifşa etməsindən sonra bunu həzm edə bilməyən ermənilər ona qarşı bütün vasitələrlə mübarizə aparmağa və xanım Qriqoriunu ermənilərdən üzr istəməsi üçün fəaliyyət aparmaqdadırlar. Maraqlı məqam bir vaxtlar insan haqlarından danışanların da belə artıq maskaları cırılmaqdadır. Xanım Qriqoriuya qarşı mübarizədə ermənipərəst Moldova hökümət nümayəndələrindən istifadə etmək azmış kimi hətta erməni terror təşkilatı olan ASALA - nı da bu işə cəlb etmək istəyirlər. Sözsüz ki. Xanıma qarşı belə hədələrin olması ermənilərin hümanistliyi bir yana hətta qadınlara qarşı olan münasibətlərini də ortay qoymuş olur.
Son günlərdə xanım Qriqoriunun Heydər Əliyev ordeni ilə təltif olunması isə sözsüz ki, erməni millətçiləri üçün soyuq duş effekti vermiş oldu. Onsuz da son dövrlərdə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin həyata keçirdiyi strategiyaya uyğun olaraq erməni yalanlarının dünyada kütləvi olaraq ifşa olunduğu bir dövrdə ermənilərin daxilində belə Azərbaycan reallıqlarının səsləndirilməsi həyata keçirilən kursun nə dərəcədə uğurlu olmasından xəbər verməkdədir. Sözsüz ki, bu işdə Azərbaycan gəncliyinin də rolu danılmazdır. Son dövrlərdə məs gənclərin bu sahədə əldə etdiyi uğurlar, onların Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında gördüyü işlərin nəticəsi olaraq digər dünya ölkələri gəncləri də artıq bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edir və problemin Azərbaycanın ərazi bütövüyü çərçivəsində həllinə tərəfdardırlar.