Son günlərdə Azərbaycan dünya dövlətlərinin diqqət mərkəzində olan dövlətlərdən oldu. Azərbaycana Rusiya prezidenti Vladimir Putinin səfəri isə bu diqqətin daha da artmasına səbəb oldu. Prezidentlər arasındakı görüşlərdə səmimiyyəti hiss etməmək mümkün deyildi.
Məhz V.Putinin bu səfəri Ermənistana deyil, Azərbaycana etməsi onsuz da depressiya gələcəyə inamsızlıq içində olan erməni ictimaiyyətinin vəziyyətini daha da gərginləşdirdi. Səbəb isə ermənilərin hər zaman ruslardan istifadə edərək öz güzəranlarının yaxşılaşdırması idi. Ermənistanda V. Putini dəstəkləyən və hətta onun adı ilə adlandırılan klubların olmasına baxmayaraq V. Putinin məhz Azərbaycanı seçməsi erməniləri düşünməyə vadar etdi.
Sözsüz ki, son dövrlərdə dövlətimizin həyata keçirdiyi gələcəyə hesablanmış aktiv xarici siyasət erməni diasporları və ermənilərin havadarlarını öz təsir imkanlarından məhrum etmişdir. Bir zamanlar digər dövlətlərin hesabına dolanan Ermənistan artıq Azərbaycanın dünya siyasətində mövqeyinin daha da güclənməsinin nəticəsi olaraq bu yardımlardan məhrum olmuşdur. Şübhəsiz ki, Azərbaycanın TAP layihəsindəki rolu Azərbaycana olan marağı artırmışdır. Avropada enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu artıq dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilməkdədir. Belə olan halda Azərbaycanın haqq səsinin də dünya dövlətlərinə çatdırılması və Azərbaycan reallıqlarının digər dövlətlər tərəfindən qəbul etdirilməsi bu məsələdə Ermənistanın əleyhinə işləyən amillərdəndir. Belə siyasətin yeridilməsində Azərbaycan prezidenti İlham Əliyevin rolu danılmazdır. Məhz bu uzaqgörən siyasət nəticəsində dünya siyasətində Azərbaycanın rolu güclənmiş, Azərbaycana olan maraq daha da artmışdır. Ermənistanın havadarlarının daha güclü olduğu ölkələrdə Azərbaycanın təsir dairəsinin yüksəldilməsi nəticəsində bugün Ermənistan böhran içindədir. Ermənistan daxilində belə xalq kütlələri arasında Qarabağ probleminin həll edilməsi tələblərinin səsləndirilməsi bu siyasətin nə dərəcədə düzgün olmasının göstəricisidir. Azərbaycanın hərbi potensialını hər zaman qeyd edən İlham Əliyevin məhz sülh yolu ilə Qarabağ problemini həll etmək istəməsi onun xalqına qarşı olan hümanist hisslərinin göstəricisidir.
Bu səbəbdən Ermənistana gələn yardımların kəsilməsi ilə dövlətin böhran vəziyyətinə çatdırılması və ermənilərin məhz Azərbaycanla sülh içində yaşayaraq normal həyat sürə biləcəkləri fikirlərinin yaranmasına səbəb olur. Xalqın artıq Azərbaycan torpaqlarını geri qaytarmaq və dövləti düşmüş olduğu böhrandan çıxartmaq iddiaları qarşısında dövlət də güzəştə getmək məcburiyyətində qalacaqdır.