Gənclər Cəmiyyətin aparıcı qüvvəsidir. Gənclərin inkişafı dövlətin uğurlu gələcəyinin təminatıdır. Bugün gənclərin dəstəklənməsi dövlətin qarşısında duran önəmli məsələlərdəndir. Təsadüfi deyil ki, bu istiqamətdə cənab prezident İlham Əliyev tərəfindən bir çox addımlar atılmaqdadır. Bunların ən başlıcası isə ölkədə həyata keçirilən gənclər siyasətidir. Gənclərin dövlət tərəfindən dəstəklənməsi onların yeni-yeni layihələrlə çıxış etməsinə şərait yaradır. Sözsüz ki, bu fəaliyyətdə gənclərin birləşməsi məsələsi qarşıda dururdu ki, bunu da cəmiyyətdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları öz üzərlərinə götürürlər. Sözsüz ki, gənclər müxtəlif təşkilatların fəaliyyət spektrına uyğun olaraq öz seçimlərini edərək fəaliyyətlərini bu istiqamətdə qurmağa çalışırlar. Gənclər təşkilatlarının əsas məqsədi cəmiyyətdə mövcud problemlərin həllində dövlətə yardım etmək, gənclərin gəncləri təlimləndirərək passivlikdən dövlətimiz və cəmiyyətimiz üçün aktiv gənclərə çevirməkdən ibarətdir. Sözsüz ki, gənclərin aktivliyi onların inkişafı, gənclər arasında qarşılıqlı münasibətlərin qurulması cəmiyyətimiz və ən əsas da gənclərimiz üçün böyük əhəmiyyətə malikdir.
Dövlət həyata keçirdiyi Gənclər siyasəti vasitəsilə öz gənclərinin təminatçısı rolunu oynayır. Sözsüz ki, bir çox layihələrin dəstəklənməsi məsələsində dövlət qurumlarının rolu danılmazdır. Bugün layihələrin müxtəlifliyi gənclərimizin maraq dairəsinin böyük olmasını və bu istiqamətdə cəmiyyətimiz üçün faydalı işlər görmək istəmələrinin göstəricisidir.
Gənclər istər ölkə daxilində istərsə də ölkə xaricində aktiv fəaliyyətdədirlər. Ölkə daxilində görülən işlərlə müqayisədə ölkə xaricində görülən işlər Azərbaycanın tanıdılması, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan haqqında stereotiplərin qırılması, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği məsələlərinə geniş yer verilir.
Uzun müddət Azərbaycan haqqında reallığa uyğun olmayan məlumatların dünya ictimaiyyətinə çatdırılması Azərbaycan və azərbaycanlılar barəsində mənfi fikirlər yaratmış, ölkənin geridə qalmış ölkələrdən biri kimi tanınmasına və əhalinin savadsız olması barədə informasiyaların dünya ictimaiyyətinə axıdılmasına səbəb olmuşdur. Sözsüz ki, bu işdə mənfur düşmənlərin də rolu az deyildir.
Lakin Dövlətimizin dəstəyi ilə fəaliyyətini xaricdə Azərbaycanın tanıdılması istiqamətində quran gənclər təşkilatları və onların aktiv gənclərinin səyi nəticəsində Azərbaycan haqqında stereotiplər aradan qaldırılmış Azərbaycanın reallıqları dünya ictimaiyyətinə çatdırılmış, mədəniyyəti və incəsənəti təbliğ edilmişdir.
Bugün Azərbaycanın aktiv gəncləri Azərbaycanın maraqlarını öz maraqları kimi qəbul edir və onun qorunmasında vətən sevgisini üstün tutaraq əllərindən gələni etməyə hazırdırlar. Təsadüfi deyil ki, ildən ilə aktiv gənclərin sayı artır və bu da sözsüz ki, Azərbaycanın təbliğatında öz rolunu oynamaqdadır. Azərbaycan aktiv gənclər diyarıdır və bu gənclər Azərbaycanın gələcəyidirlər!