Hər bir azərbaycanlının döyünən ürəyi oun vətəni Azərbaycandır. Sözsüz ki, hər bir azərbaycanlı öz vətəni üçün əlindən gələni etməyə hazırdır. Bu işdə şübhəsiz ki, gənclərimizin gücünün səfərbər edilməsi və yönləndirilməsi qarşıda duran əsas məqsədlərdən biridir.
Xaricdə əsasən Şərqi Avropa regionunda təhsil alan gənclərimizin say çoxluğunu nəzərə alsaq o zaman sozsüz ki, bu gənclərin ölkə üçün görə biləcəyi işlər, ölkənin tanıdılması və mədəniyyətinin tərənnüm olunmasında azərbaycan gənclərinin istəklərinin və enerjilərinin bu istiqamətə yönəldilməsi vacib məsələlərdəndir. Gənclərin bu yöndə səfərbər olunması istər bu gənclərin vətənpərvər ruhda yetişməsi ,istərsə də, Azərbaycanın reallıqlarının Şərqi Avropa regionu dövlətlərinə bir başa çatdırılması, azərbaycanlılar tərəfindən Azərbaycan mədəniyyətinin və tarixinin təbliği baxımından prioritet məsələlərdəndir. Şübhəsiz ki, bu işlərin aparılmasında dövlət dəstəyinin rolu danılmazdır. Məs dövlət dəstəyinin nəticəsində xaricdə təhsil alan gənclər Azərbaycanın təbliğatı ilə bağlı məsələlərdə tam olaraq qarşılarına qoyduqları məqsədlərə nail olmaq üçün əllərindən gələni edirlər. Azərbaycana qarşı işləyən qüvvələrin Azərbaycan və Azərbaycanlılar haqqında yarat dıqları mənfi stereotiplərin qırılmasında gənclərin ələxsus da, savadlı vətənpərvər gənclərimizin rolu danılmazdır. Gənclərin dövlətə və millətə olan məhəbbəti özünü keçirilən tədbirlərin rəngarəngliyində göstərməkdədir. Bu gün Şərqi Avropa regionunda Azərbayacan gəncləri və onların yaratdıqları təşkilatların nüfuzu artmaqdadır. Şübhəsiz ki, dövlət dəstəyi bu təşkilatların Şərqi Avropa dövlətlərində nüfuzlarının artmasında başlıca amillərdəndir. Məs bu prizmadan yanaşaraq dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin uğurlu olduğunu görmək mümkündür.
Prezident seçkilərinə az vaxt qaldığı bir məqamda Şərqi Avropa regionunda təhsil alan tələbə və gənclərimizin prezident seşkilərində cənab prezident İlham Əliyevin dəstəklənməsi ilə bağlı qəbul etdiyi bəyanat növbəti dəfə xaricdə təhsil alan və diaspora fəaliyyətilə məşğul olan gənclərlə dövlətin sıx bağlılığının və hər zaman qarşılıqlı dəstəyinin bariz nümunəsidir.