Ölkəmiz artıq dünya miqyasında öz sözünü deyən ölkələrdən biridir. Azərbyacanın mövqeyi artıq dünya dövlətləri üçün maraq kəsb etməkdədir. Son illərdə Azərbaycanın artan iqtisadiyyatı onun dünya miqyasında mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxartmışdır. Şübhəsiz ki, əldə olunmuş nailiyyətlər dövlətin həyata keçirdiyi düzgün siyasətin bəhrəsidir.
Azərbaycanın tanıdılması, Azərbaycan reallıqlarının dünyaya çatdırılması, Azərbaycan mədəniyyətinin tanıdılması dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biridir. Bu məqsədlərin həyata keçirilməsində gənclərin rolu da danılmazdır. Məs xaricdə yaşayan və təhsil alan gənclərin Azərbaycanın tanıdılması üçün gördüyü işlər, Azərbaycan mədəniyyətinin təbliğatı yönündə gördüyü işlər, gənclərin yaşadıqları ölkələrin mədəniyyətləri çərçivəsində Azərbaycanın mədəniyyətinin təbliğatı işləri sözsüz ki, yaşadıqları ölkələrdə Azərbaycanın mədəniyyətinə olan marağı artırmaqdadır. Mədəniyyətlərarası dialoqda gənclərin rolu dedikdə ilk öncə gənclərin Azərbaycan mədəniyyətinin uğurlu təbliği işi və bunun nəticəsi kimi Azərbaycana tək dövlət kimi deyil həmçinin zəngin mədəniyyətə malik bir xalqın vətəni kimi yanaşılmasıdır.
Günümüzdə gənclərin xarici ölkələrdə göstərdiyi ictimai fəaliyyəti nəzərə alsaq onların mədəniyyətlərarası dialoqda uğurlu fəaliyyətini və nəticə kimi Azərbaycana marağın artmasını, Azərbaycan haqqında yaradılan səhv fikirlərin dağılmasını açıq şəkildə görə bilərik. Hər bir gəncimizin istənilən xarici bir gənc ilə yaratdığı münasibət nəticəsində Azərbaycan haqqında verilən düzgün məlumatın sonradan həmin xarici gənc tərəfindən öz ölkəsində yayılması Azərbaycana olan marağın artmasına səbəb olur.
Beləliklə tam qərəzsiz olaraq deyə bilərik ki, bugün mədəniyyətlərarası dialoqda gənclərin rolunun vacibliyi danılmazdır. Bu səbəbdən qarşıda duran əsas məqsəd gənclərimizə vətən sevgisinin aşılanmasıdır. Məs gənclərimizin öz vətənlərini xaricdə necə təmsil etməsindən, öz vətənlərinə olan münasibətlərinə uyğun olaraq digər ölkələrin vətəndaşları Azərbaycan haqqında fikirlərini formalaşdırırlar. Bu səbəbdən gənclərin vətənə bağlılığı, vətənə sevgisi Azərbaycanın tanıdılması yönündə mühüm amillərdən biri bəlkə də birincisidir.