Jan-Fransua Mansel: “ASAN Viza” Azərbaycana turist axınının artmasına imkan yaradır

Parisdə keçirilən “Dövlət xidmətlərinə çıxış və vətəndaşlıq” mövzusunda konfransın bütün iştirakçıları “ASAN xidmət”in səmərəliliyinə heyranlıqlarını bildirdilər. Biz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun təqdimatından “ASAN xidmət”in nə qədər önəmli olduğunu gördük. Dövlət xidmətinin səmərəliliyi, vətəndaşların “ASAN xidmət” mərkəzlərində çox yüksək səviyyədə qarşılanması, qısa müddətdə onların sorğularına cavab verilməsi, bütün bunlar bir daha göstərir ki, Azərbaycan bu sahədə nə qədər irəlidədir. Yəqin ki, biz tezliklə “ASAN xidmət”lə əməkdaşlıq edəcəyik ki, onun Azərbaycanda nail olduğu uğurlara daha tez çataq.

Bu fikirləri müsahibəsində Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mansel bildirib.

Jan-Fransua Mansel deyib: “ASAN xidmət”i alqışlayırıq. Viza xidməti də çox vacibdir. Əgər turist axınını inkişaf etdirmək istəyiriksə, qısa müddətdə viza əldə edilməsi vacibdir. Bəzi ölkələr viza verilməsinə çox vaxt sərf edir, uzun prosedurdan keçmək lazım gəlir. Halbuki Azərbaycanda ASAN-ın təşəbbüsü imkan verir ki, daha tez və qısa zamanda viza əldə olunsun. “ASAN Viza” Azərbaycana turist axınının artmasına imkan yaradır”.

 

2017-01-27 / 00:00
Facebook