Azərbaycan ilə İsrail müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi üzrə razılığa gəliblər

Azərbaycan ilə İsrail müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.

Azərbaycan Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən bildirilib ki, İsrail tərəfinin təklifi ilə dekabrın 26-27-də Tel-Əvivdə Azərbaycan Respublikasının və İsrail Dövlətinin aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqlar zamanı tərəflər “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” layihəsini razılaşdırıblar.

İki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Hər iki ölkənin təyin olunmuş aviaşirkətləri tərəfindən müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.

Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.

2016-12-29 / 00:00
Facebook