Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar bahalaşaraq 51,79 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,48 dollar artaraq 54,94 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,91 dollar bahalaşaraq 55,95 dollar təşkil edib.