“İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” layihəsi yekunlaşıb

Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi yekunlaşıb.

Layihənin yekunları ilə bağlı noyabrın 30-da təqdimat mərasimi keçirilib.

Vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, belə layihələr dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə həyata keçirilən modernləşdirilmə siyasətinin və Azərbaycan ilə Avropa İttifaqı arasında olan səmərəli əməkdaşlığın real nəticəsidir. Vergilər Nazirliyi dövlət vergi orqanları qarşısında qoyulan məqsəd və vəzifələrə nail olunması üçün insan resurslarının inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. 27 ay davam edən Tvinninq layihəsinin icrası zamanı Vergilər Nazirliyinin aidiyyəti əməkdaşları insan resurslarının idarə edilməsi, risklərin analizi üçün informasiyaların toplanması və təhlili üsulları sahəsində İspaniya və Fransa Vergi administrasiyalarının ən yaxşı təcrübələrini ətraflı şəkildə öyrəniblər.

2016-11-30 / 00:00
Facebook