“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin müvəkkil bankları tərəfindən www.e-ipoteka.az internet portalı üzərindən ipoteka kreditləri üzrə vətəndaşların müraciətlərinin qəbuluna artıq başlanılıb.
İpoteka Fonduna istinadla xəbər verir ki, ipoteka kreditlərinin verilməsi müvəkkil təşkilatların iştirakı ilə həyata keçirilir. Müvəkkil təşkilatlar “Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərin seçilməsi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq seçilir. Bu Qaydalar əsasında artıq bir sıra müvəkkil təşkilatlarla müvafiq müqavilələr bağlanılıb (müvəkkil təşkilatların siyahısı ilə cəmiyyətin internet səhifəsində tanış olmaq olar).
İpoteka Fondundan bildirilib ki, müvəkkil təşkilatların siyahısına daxil olmaq istəyən banklar, sığortaçılar və qiymətləndiricilər tərəfindən müraciətlər daxil olmaqdadır və yeni müvəkkil təşkilatlar barədə fond əlavə məlumatlar təqdim edəcək.