Bu ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 9,5 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 996,8 manat və ya ayda 332,3 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2 faiz bəndi üstələyərək 4 faiz olub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, gəlirlərin 75,7 faizi son istehlaka, 9,6 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,1 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 12,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlir 8,6 milyard manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 5,3 faiz artıb.