Türkiyənin 11-ci prezidenti Abdulla Gül Bakıya səfər edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfərin məqsədi Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. Abdulla Gülün forumda “Yeni dünya düzəninin başlıca problemləri” mövsuzunda məruzə ilə çıxışı nəzərdə tutulub.
“Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan III Qlobal Açıq Cəmiyyətlər Forumunda nüfuzlu siyasətçilər yeni dünyanın idarə edilməsi strategiyasının müəyyənləşdirilməsi üçün fikir mübadiləsi aparacaq.
Müzakirələrdə onlarla ölkənin hazırkı və sabiq prezidenti, dövlət başçısı, nüfuzlu ictimai-siyasi xadimlər, ekspert, elm adamları iştirak edəcək.