“Rossiya 1” telekanalının “Vesti nedeli” həftəlik analitik proqramında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı süjet nümayiş olunub.
Süjetdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva ilə qısa müsahibə də verilib.
Qeyd edək ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunları Avropa tarixində bu tipdə ilk tədbir olacaq.
Bakıda ümumilikdə 20 idman növü üzrə yarışlar keçiriləcək. Onlardan 16-sı olimpiya idman növü, 4-ü isə qeyri-olimpiya idman növüdür. Avropanın müxtəlif ölkələrindən 6 min idmançının Avropa Oyunlarında iştirak üçün Bakıya gəlməsi gözlənilir.