SOCAR prezidenti: "Neftin qiyməti 2017-ci ilədək 80-90 dollara qalxacaq"

2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollardan götürülməsi normal haldır.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

"50 dollar götürməklə ehtiyatla yanaşmaq lazımdır. 2016-cı ildə gərək ehtiyatla davranaq. Tendensiyaya nəzər salanda görmək olar ki, neft bir neçə il bahalaşır, bir neçə il ucuzlaşır. Məsələn, son 20 illik diaqramda eyni vəziyyət təkrar olunur", - deyə R. Abdullayev bildirib.

SOCAR prezidentinin proqnozlarına görə, neftin qiyməti "2017-ci ilədək 80-90 dollara qalxacaq".

2015-04-04 / 00:00
Facebook