Bakının Fairmont otelində Avropa Oyunları 2015-in medallarının təqdimat mərasimi keçirilib.
Medalların dizaynı məşhur “Adamas” zərgərlik şirkəti tərəfindən Azərbaycan rəssamı Nərgiz Hüseynova ilə birgə hazırlanıb.
Medalların istehsalı isə “Azərsuvenir” şirkəti tərəfindən həyata keçirilib.
Medalların ön hissəsində Bakı-2015-in loqotipi, arxa hissəsində isə Avropa Olimpiya komitəsinin emblemi və əmtəə nişanı təsvir edilib. Bütün medalların çəkisi 380 qramdır.
Təqdimatda olimpiya çempionu, güləşçi Namiq Abdullayev, cüdo üzrə paralimpiyaçı çempion İlham Zəkiyev və Gənclər Olimpiadasının qalibi, güləşçi Teymur Məmmədov iştirak edib.