Ərdoğan: "Xocalıdakı qardaşlarımız yandırılaraq qətlə yetirildi"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsi ilə bağlı başsağlığı verib. Bu barədə "TRT Haber" telekanalına istinadən məlumat verilir.

Prezident başsağlığında bildirib: "1992-ci ildə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərindəki qardaşlarımız yandırılaraq qətlə yetirildi".

R.T.Ərdoğan qeyd edib: "Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk. Allah azərbaycanlı qardaşlarımıza bir daha belə zülm yaşatmasın".

2015-02-26 / 00:00
Facebook