Elmar Məmmədyarov Polşanın yeni səfirini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Marka Tsalkanı qəbul edib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

M. Tsalka diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb. 

2015-02-19 / 00:00
Facebook