Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2015-ci il 12 fevral tarixli Sərəncamı ilə Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Georgiyeviç Smirnov Olimpiya hərəkatının inkişafında və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman əlaqələrinin genişləndirilməsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mükafat Vitali Georgiyeviç Smirnova Moskva şəhərində Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov tərəfindən təqdim olunub.