Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistanın ali ordeni ilə təltif olunub

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunub.

Fonddan verilən məlumata görə, Pakistan Prezidenti Məmnun Hüseyn 11 fevral 2015-ci il tarixdə bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, “Hilal-e Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk birinci xanımdır.

2015-02-13 / 00:00
Facebook