Svante Kornell: ABŞ-ın regiondakı hadisələrə qeyri-adekvat reaksiyası Azərbaycana təsir edir

Azərbaycan-ABŞ münasibətlərində gərginliyin yaranmasının səbəbi Cənubi Qafqazda daim dəyişən vəziyyət ola bilər. Bunu isveçli alim, Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi və direktoru, Mərkəzi Asiya və Qafqaz İnstitutunun və "İpək yolu" araşdırmalar Proqramının araşdırmalar üzrə direktoru Svante Kornell bildirib.

Son vaxtlar ABŞ siyasi dairələri və KİV-i Azərbaycanı tənqid edirlər ki, bu da məqsədyönlü xarakter alıb.

S.Kornell bildirib: "Birləşmiş Ştatların regionda yaranmış vəziyyətə qeyri-adekvat reaksiyası Azərbaycan və ABŞ-ın münasibətlərində gərginlik yaradır".

2015-02-11 / 00:00
Facebook