Uorlik azərbaycanlı deputatlarla görüşdü

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik azərbaycanlı deputatlarla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Bu barədə həmsədr "Twitter"dəki mikrobloqunda yazıb.

C.Uorlik yazıb: "Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə ilə görüşməkdən şad oldum".

Onun sözlərinə görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışıblar.

2015-02-04 / 00:00
Facebook