Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini yaxından izləyir və bu istiqamətdə aparılan danışıqları dəstəkləyir.
Bunu Almaniya Kansleri Angela Merkel Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən brifinqdə deyib.
A.Merkel həmçinin vurğulayıb ki, bütün münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır.
Kansler son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin tez-tez pozulmasından təəssüfləndiyini bildirib.