İlham Əliyev Almaniyanın xarici işlər üzrə federativ naziri Frank-Valter Ştaynmayer ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər üzrə federativ naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

Görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin indiki vəziyyəti və perspektivləri haqqında fikir mübadiləsi aparıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edildi.

Görüşdə Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri çərçivəsində səmərəli görüşlər keçirdiyini qeyd etdi.

2015-01-21 / 00:00
Facebook