ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Baş nazirinin I müavini və xarici işlər naziri İvitsa Daçiç Cənubi Qafqaza səfər edəcək.
Onun sözlərinə görə, İ.Daçiç səfər zamanı Azərbaycan və Ermənistanın rəsmi şəxsləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək.
Mənbə qeyd edib ki, İ.Daçiçin Azərbaycan, Ermənistan və Gürcüstana səfəri yaxın aylarda gözlənilir.
Serbiyalı nazir il ərzində ATƏT-ə rəhbərlik edəcək.
Qeyd edək ki, ötən il ATƏT-ə İsveçrənin xarici işlər naziri Didye Burkhalter sədrlik edib.