Oqtay Əsədov “Şərəf” ordeni ilə təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin sədri Oqtay Əsədovun  “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük xidmətlərinə görə Oqtay Sabir oğlu Əsədov “Şərəf” ordeni ilə təltif edilsin”. 

2014-12-29 / 00:00
Facebook