Ukraynada və Dağlıq Qarabağda münaqişələr yalnız siyasi yolla həll edilə bilər. Bunu Kollektiv Təhülksəzilik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja “Vesti 24” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Ukraynaya KTMT-yə daxil olmaq təklif edilib və təşkilat Kiyevlə əməkdaşlığa hazırdır. O cümlədən informasiya təhlükəsizliyi, narkotiklərin qanunsuz dövriyyəsi sahəsində qarşılıqlı fəaliyyətə dəvət edilib.
KTMT-nin baş katibi izah edib: "İstəyərlər işləyərik, istəməzlər bizim özümüzün çoxlu məsələlərimiz var və onları uğurla həll edirik”.
O, qurumun planları haqqında da danışıb: "Hamı üçün əsas problem informasiya təhlükəsizliyidir və KTMT-də kiberhadisələr üzrə koordinasiya mərkəzi yaradılacaq".