Azərbaycanın İKT sektorunda 1,5 milyard manatlıq xidmət göstərilib

Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar-noyabr aylarında təsərrüfat subyektlərinə və əhaliyə 1,5 milyard manatlıq xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən ilin müvafiq dövrünə nisbətən göstərilən xidmətlərin müqayisəli qiymətlərlə həcmi 14,2 faiz artıb. Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5 faiz təşkil edib.
 

2014-12-22 / 00:00
Facebook