Elmar Məmmədyarov: “Azərbaycanın dünyada sülhün, əmin-amanlığın, həmçinin qlobal mədəniyyətlərarası dialoqun və dinlərarası tolerantlığın gücləndirilməsi sahəsində fəaliyyəti genişlənib”
Bu gün Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi 5-ci iclası işə başlayıb.
Tədbir UNESCO">UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunub.
Toplantıda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qonaqları salamlayaraq, tədbirin Bakıda keçirilməsinin təsadüfi olmadığını bildirib: “Bu il biz həm də UNESCO üzrə Azərbaycan Milli Komissiyasının yaradılmasının 20 illik yubileyini qeyd edirik. 20 ildir ölkəmiz UNESCO ilə təşkilatın bütün vacib istiqamətləri, o cümlədən təhsil, elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir. Azərbaycan təşkilatın demək olar ki, bütün konvensiyalarına qoşulub, müxtəlif komitələrinin üzvü olub, bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edib”.
Nazir Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizdə sosial, iqtisadi, mədəni və digər sahələrdə surətli inkişafı təmin etməklə yanaşı, dövlətimizin dünyada sülhün, əmin-amanlığın, həmçinin qlobal mədəniyyətlərarası dialoqun və dinlərarası tolerantlığın gücləndirilməsi sahəsində fəaliyyəti də genişlənib: “Bu istiqamətdə UNESCO və TÜRKSOY-un iştirakı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar Forumlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan-UNESCO münasibətlərinin inkişaf etdirilməsi, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması və gələcək nəsillərə ötürülməsində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, ölkəmizin maddi və qeyri-maddi irsinə qayğı göstərilməsində, həmçinin Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun çox böyük töhfəsi var. 2013-cü ildə Parisdə bir çox genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən təşkilata 5 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi ayrılmasını nəzərdə tutan “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanıb”.
Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi 5-ci iclası keçirilməsində məqsəd türkdilli ölkələrin UNESCO">UNESCO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların UNESCO">UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir. İki gün davam edəcək tədbir çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dörd dəyirmi masanın keçirilməsi planlaşdırılır.
İclasda Azərbaycanın hökumət nümayəndələri, UNESCO">UNESCO və TÜRKSOY təşkilatlarının rəsmiləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRKPA, Beynəlxalq Türk Akademiyasının rəhbərləri, UNESCO">UNESCO üzrə Milli komissiya və komitələrin baş katib və nümayəndələri, mədəniyyət, elm, təhsil, informasiya və kommunikasiya texnologiyaları və UNESCO">UNESCO-nun fəaliyyət sahəsinə daxil olan digər istiqamətlər üzrə vəzifəli şəxslərin və mütəxəssislərin iştirakı nəzərdə tutulur.