Əli Həsənov: Azərbaycan və Türkiyə mediası vahid hədəflərə doğru birgə hərəkət etməlidir

Azərbaycan və Türkiyə mediası iki ölkənin strategiyasına uyğun, iki ölkənin maraqlarından çıxış edərək vahid hədəflərə doğru birgə hərəkət etməlidir. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda "Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda beynəlxalq konfransda bildirib.

PA-nın şöbə müdiri qeyd edib ki, jurnalistlər unutmamalıdırlar ki, hansı şəraitdə fəaliyyət göstərmələrindən asılı olmayaraq, hər iki xalqın maraqlarını nəzərə almalıdırlar.

2014-12-11 / 00:00
Facebook