Azərbaycanın Pakistandakı səfirinə "Diplomatik Nailiyyətlərə görə" mükafatı verilib

Cari ilin 10 dekabr tarixində Pakistan İslam Respublikasının İslamabad şəhərində “Diplomatik Nailiyyətlərə görə” mükafatının təqdim edilmə mərasimi keçirilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, tədbirdə Pakistan Prezidenti Administrasiyasının rəhbəri Faruk Əhməd, senator Məhəmməd Rafiq Racvana, Prezidentin mətbuat katibi Samina Vakar, Pakistanda akkreditə olunmuş səfirlər, dövlət və hökumət təmsilçiləri, media mənsublarının iştirak etmişlər.

Tədbirdə ali qonaq qismində iştirak edən Pakistan Prezidenti Administrasiyasının rəhbəri Əhməd Faruk öz çıxışında bildirmişdir ki, “Diplomatik İnsight” jurnalı, “Sülh və Diplomatiya institunun”, həmçinin Pakistanın tanınmış ictimai-siyasi xadimləri, ziyalıları, jurnalistləri, ticarət və sənaye palatalarının təmsilçilərinin daxil olduğu Komissiya tərəfindən Pakistan İslam Respublikasında aktiv fəaliyyət göstərən - Azərbaycan Respublikası, Almaniya, Avropa İttifaqı, Çin, İndoneziya, Cənubi Koreya səfirlərinə “Diplomatik Nailiyyətlərə görə” mükafatının verilməsi qərara alınmışdır.

Ə.Faruk öz nitqində Pakistan və Azərbaycan arasında siyasi, diplomatik, təhsil, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafına verdiyi tövhələri əsas gətirərək Komissiyanın qərarını diqqətə çatdırmış və “Diplomatik Nailiyyətlərə görə” mükafatını Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarova təqdim etmişdir.

“Diplomatik Nailiyyətlərə görə” mükafatı eyni zamanda - Çin, Avropa İttifaqı, İndoneziya, Almaniya, Cənubi Koreya səfirlərinə də təqdim edilmişdir.

Tədbir Pakistanın “The Nation”, “Pakistan Observer”, “Frontier Post”, “Daily Dunya”, “Pakistan”, “Express Tribune” ingilis və urdu dilli qəzetləri tərəfindən işıqlandırılmışdır.

Məqalələr ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür.

2014-12-11 / 00:00
Facebook