Çexiya prezidenti Miloş Zeman 2015-ci ildə Azərbaycana səfər edəcək.
“The Prague Post”un xəbərinə görə, bu barədə Prezident Dəftərxanasının nümayəndəsi Xinek Kmoniçek bildirib.
Onun sözlərinə görə, səfərin tarixi hələlik razılaşdırılmayıb: “Amma biz Çexiyaya ikinci böyük neft ixracatçısı olan Azərbaycana səfəri səbirsizliklə gözləyirik”.