Avropa Komissiyasının vitse-prezidenti Azərbaycana gələcək

Onun Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Noyabrın 28-də Avropa Komissiyasının vitse-prezidenti, enerji məsələləri üzrə komissar Maroş Şevçoviç Azərbaycana gələcək.

Bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən bildirilib.

Səfərin əsas məqsədi Cənub Qaz Dəhlizi  ilə bağlı müzakirə aparılmasıdır.

M. Şevçoviç noyabrın 26-da Qazaxıstana, daha sonra isə Azərbaycana səfər edəcək. Onun Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

2014-11-24 / 00:00
Facebook