Çempionlar Liqası: “Turan” voleybol klubu qrup mərhələsində ilk oyununa çıxır

 

Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

Azərbaycan çempionu İtaliyada "Savino Del Bene" ilə üz-üzə gələcək.

Florensiya şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

"Turan"ın D qrupundakı digər rəqibləri Türkiyənin "Əczaçıbaşı" və Serbiyanın "Tent" komandalarıdır.

2026-11-25 / 12:27
Facebook