
Azərbaycanın və Gürcüstanın polis akademiyaları arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sənəd Gürcüstan DİN-in İctimai Təhlükəsizlik və Polis Akademiyası ilə Azərbaycan DİN-in Polis Akademiyası arasında imzalanıb.
Memorandum akademiyalar arasında birgə təhsil və peşə təşəbbüslərinin həyata keçirilməsini, təcrübə və qabaqcıl təcrübələrin mübadiləsini, həmçinin təhsil və peşə hazırlığı sahəsində tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutur.