
ABŞ administrasiyası Yaponiyadan ölkədəki Amerika hərbi bazalarının saxlanmasına ayırdığı vəsaiti təxminən üç dəfə artırmağı tələb edir.
Bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Məlumata görə, Vaşinqton növbəti beş il ərzində bu məqsədlə 4 trilyon yenindən (təxminən 19 milyard dollar) çox vəsait ayrılmasını istəyir.
Yaponiya isə maliyyələşdirməni ildə 300 milyard yenə (təxminən 1,9 milyard dollar) çatdırmağı təklif edib. Tərəflər arasında danışıqlar yaydan bəri davam edir və ilin sonunadək razılığa gəlmək planlaşdırılır.
Qeyd edək ki, Tokio 1978-ci ildən etibarən ABŞ-nin ölkədəki hərbi bazalarının saxlanması xərclərinin böyük hissəsini qarşılayır. Saziş hər beş ildən bir yenilənir.