
AFFA nümayəndəsi Fərrux Hüseynzadə UEFA-dan təyinat alıb.
Milli assosiasiyadan verilən məlumata görə, o, oktyabrın 20-də futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində keçiriləcək Qazaxıstan - Belarus oyununda UEFA nümayəndəsi olacaq.
Qazaxıstanın Astana şəhərində yerləşən “Jekpe-Jek” idman kompleksində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.