Zəngilanda səyyar stomatoloji müayinə aksiyası təşkil olunub

 

Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının tibbi heyəti tərəfindən Böyük Qayıdış Proqramı çərçivəsində Zəngilan rayonunda ikigünlük tibbi aksiya təşkil edilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, aksiya zamanı 86 vətəndaş tibbi müayinədən keçirilib. Zəngilan sakinlərinə stomatoloji fərdi konsultasiyalar verilib və ağız boşluğunun sağlamlığının qorunması ilə bağlı profilaktik tövsiyələr təqdim edilib. Müayinələr zamanı ağız və diş sağlamlığının vəziyyəti qiymətləndirilib, stomatoloji problemlərin erkən aşkarlanması və müalicəsi istiqamətində müvafiq tədbirlər görülüb.

2026-11-23 / 17:51
Facebook