Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır

 

"Sabah"ın UEFA Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi Bakı Olimpiya Stadionunun (BOS) ot örtüyü hazır vəziyyətə gətirilib.

Bu barədə BOS-un sosial şəbəkə hesablarında paylaşım edilib.

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının əsas mərhələsində ilk ev matçına oktyabrın 13-də çıxacaq. Liqa mərhələsinin II turuna təsadüf edəcək görüşdə rəqib Çexiyanın “Slaviya Praqa” komandası olacaq.

2026-10-08 / 19:24
Facebook