UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

 

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında üçüncü oyununu keçirəcək.

Ayxan Abbasovun başçılıq etdiyi kollektiv D Liqasının 2-ci qrupunda Litva yığmasını sınağa çəkəcək. "8-ci kilometr" stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Görüşün baş hakimi Portuqaliya Futbol Federasiyasından Qustavo Korreya olacaq.

Qeyd edək ki, Azərbaycan millisi 2 xalla qrupda ikinci sırada yer alıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.

2026-10-04 / 10:52
Facebook